Balakəndə daha bir qazi yüksək vəzifəyə TƏYİN OLUNDU - FOTO

Balakəndə daha bir qazi yüksək vəzifəyə TƏYİN OLUNDU - FOTO

Hazırda oxunan: Balakəndə daha bir qazi yüksək vəzifəyə TƏYİN OLUNDU - FOTO

137253

Bu ilin əvvəlindən Balakəndə dörd nəfər Vətən Müharibəsi iştirakçısı müxtəlif sahələr üzrə təyinatlar alıb. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, növbəti təyinat rayon Tarix-Diyarşünaslıq Muzeyinə olub. 

Belə ki, rayon İcra Hakimiyyəti başçısının təqdimatı ilə 44 günlük Vətən Müharibəsinin qazisi Turan Musayev Balakən rayon Tarix-Diyarşünaslıq muzeyinin direktoru təyin olunub.
Qeyd edək ki, Vətən Müharibəsi qazisi döyüşlərdə fərqləndiyinə görə bir sıra medallarla təltif olunub. Ağır döyüşlərdən birində ağır yaralansa da mühasirədən çıxaraq digər əsgər yoldaşlarını da xilas edib. 




Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO