Bazar gününün HAVA PROQNOZU  

Bazar gününün HAVA PROQNOZU  

Hazırda oxunan: Bazar gününün HAVA PROQNOZU  

136999

Mayın 21-də gözlənilən hava şəraiti açıqlanıb. 

Bizim.Media xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə arabir yağış yağacagı ehtimalı var. Şimal-qərb küləyi əsəcək. 

Havanın temperaturu gecə 12-17° isti, gündüz 21-26° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunundan 756 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % olacaq. 
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qar ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. 

Havanın temperaturu gecə 12-17° isti, gündüz 22-27° isti, dağlarda gecə 4-8° isti, gündüz 8-13°, bəzi yerlərdə 15° isti olacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO