Bakıya gətirilən daha bir maşın leş əti tutuldu   - Fotolar

Bakıya gətirilən daha bir maşın leş əti tutuldu - Fotolar

Hazırda oxunan: Bakıya gətirilən daha bir maşın leş əti tutuldu - Fotolar

136628

Cəlilabad rayonundan Bakıya satış məqsədi ilə gətirilən heyvan cəmdəkləri saxlanılıb. Bu barədə Moderator.az-a Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən (DBNX) məlumat verilib.

Bildirilib ki, mayın 14-də gecə saat 1-2 radələrində Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mütəxəssisləri mənşəyi məlum olmayan, baytarlıq-sanitariya cəhətdən keyfiyyəti və təhlükəsizliyi şübhə doğuran ət və ət məhsullarının satışının qarşısını almaq məqsədi ilə reyd  keçiriblər.

Reyd zamanı "Ucal- Elgün" MMC (Montində yerləşən) heyvan kəsim məntəqəsinin həyətində Cəlilabad rayonundan Bakıya satış məqsədi ilə gətirilən, Babayev Hüseyn Fazil oğlunun idarə etdiyi “Qazel”x9d markalı 15 BO780 dövlət nömrə nişanlı yük avtomobilində 9 baş hissələrə bölünüb, 1300 kq-a yaxın iribuynuzlu heyvan cəmdəkləri (1 baş camış, 8 baş inək cəmdəyi cəmi 36 şaqqaya ayrılmış ət) aşkar edilib. 

Yük avtomobilinə baxış keçirilən zaman heyvan cəmdəklərinin antisanitar vəziyyətdə, standarta uyğun olmayan formada, üst-üstə yığılaraq çirkli baş-ayaq və tamam yarasız vəziyyətdə olan daxili orqanlarla birgə daşındığı məlum olub. Ətlərin orqonoleptik göstəriciləri qida üçün şübhə doğurduğundan onlardan baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına (RBL) göndərilib. 

Laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliyə uyğun müvafiq qərar qəbul ediləcək və tədbirlər görüləcək.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, bu istiqamətdə baytarlıq nəzarəti tədbirləri bundan sonra da ardıcıl olaraq davam etdiriləcək, belə qanuna zidd fəaliyyətlə məşğul olan fiziki və hüquqi şəxslər barəsində ciddi inzibati tədbirlər görüləcək.






© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO