Yasamalda abonentlərdən telefon xəttinin yenilənməsi üçün PUL YIĞILIR – ŞİKAYƏT 

Yasamalda abonentlərdən telefon xəttinin yenilənməsi üçün PUL YIĞILIR – ŞİKAYƏT 

Hazırda oxunan: Yasamalda abonentlərdən telefon xəttinin yenilənməsi üçün PUL YIĞILIR – ŞİKAYƏT 

136108

Yasamal Telefon Qovşağı abonentlərdən qanunsuz və əsassız yerə pul yığır. 

Bu barədə Bizim.Media-ya rayonun B. Səfəroğlu 5 ünvanında yaşayan bir neçə sakini müraciət edib.
 

MÖVZU İLƏ BAĞLI:

Ev telefonlarına tələbat niyə artıb? – Ekspertlər səbəb kimi “İNTERNET” deyir


Abonentlərin bildirdiyinə görə 012 538 45 99 şəhər nömrəsindən onlara zəng edilərək telefon xəttinin yenilənməsi üçün hər evdən 120 manat məbləğində pul tələb edilib.

Həmin məbləğin içərisində internet xidməti təklif olunub və aylıq ödənişin isə abonent tərəfindən 21 manat məbləğində ödəniləcəyi bildirilib. Abonentlər internet istifadəçisi olduqlarını və təklif olunanlarla razılaşmadıqlarını dilə gətirsələr də, qarşı tərəf onları telefon xəttinin kəsiləcəyi ilə hədələnib. 

Yasamal Telefon Qovşağının qanunsuz hərəkəti bina sakinlərinin etirazına səbəb olub. Narazı abonentlər hər hansı bir yenilənmənin dövlət hesabına aparıldığını əsas gətiriblər. 

Məsələ ilə bağlı Yasamal Telefon Qovşağı ilə əlaqə yaratdıq. Özünü təqdim etməyən Yasamal Telefon Qovşağının xanım əməkdaşı qeyd olunan ünvanda telefon xəttlərinin yenilənəcəyini gizlətməyib.

Amma buna görə abonentlərdən ödəniş tələb etdiklərini inkar edib:

“Yalnış məlumatdır, yəqin abonentlər düz başa düşməyiblər. Biz heç kimin telefon xəttini kəsməyəcəyik. Gələcəkdə köhnə xətlər ləğv olunacaq deyə, əvvəlcə abonentləri bu barədə məlumatlandırırıq. Yəni, yeni xəttlər çəkilir. Kimin interneti varsa, onlarda problem yoxdur və heç kim onlardan 120 manat istəmir. Modem və kabel pulsuz çəkiləcək, sadəcə abonent aylıq telefon və 21 manat internet haqqı ödəyəcək.

Biz interneti olan abonentlərlə danışırıq və onlara da təklif edirik. Heç kim telefonsuz qalmır. Əgər istəyərsə qoşular, istəməzsə, özü bilər”, - deyə Yasamal Telefon Qovşağının rəsmisi əlavə edib. 


“Bakı Telefon Rabitəsi” MMC-nin (Baktelecom) mətbuat katibi Alidə Mustafayeva məsələnin araşdırılacağını bildirib. 

Alçina Amilqızı, Bizim.Media 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO