Mayın 12-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Qarayev Məhəmməd Mahir oğlu Qəbələ şəhərinin sakini olub.
Bizim.Media xəbər verir ki, o, bu gün Qəbələ şəhərində dəfn olunacaq.
MÖVZU İLƏ BAĞLI:
Ermənistanın təxribatı nəticəsində şəhid olan hərbçimizin FOTOSU
2001-ci il təvəllüdlü Məhəmməd Qarayev evin tək oğlu olub.
Qeyd edək ki, Məhəmməd Qarayev ötən gün erməni təxribatı nəticəsində qəhrəmancasına şəhid olub.
Aytəkin Alxaslı, Bizim.Media