Vətə müharibəsi zamanı pensiyasının əsas hissəsini Silahlı Qüvvələrə yardım fonduna köçürərək hər kəsin sevgisini qazanan Hikmət babaya insanlar tez-tez baş çəkib, əhvalı ilə maraqlanırlar.
Bizim.Media xəbər verir ki, Hikmət baba bu dəfə də uzaq yoldan gələn qonaqlarını qarşılayıb.
O, noyabr ayından etibarən davamlı olaraq insanların, dövlət qurumlarının ona baş çəkdiyini, evinin isə təmir olunduğunu deyib.
Hikmət baba bildirib ki, ən böyük arzusu Cıdır düzündə ayaqyalın rəqs etməkdir.
Bizim.Media