Bakıda DƏHŞƏT: Oğul atasının qətlində şübhəli şəxs qismində saxlanıldı

Bakıda DƏHŞƏT: Oğul atasının qətlində şübhəli şəxs qismində saxlanıldı

Hazırda oxunan: Bakıda DƏHŞƏT: Oğul atasının qətlində şübhəli şəxs qismində saxlanıldı

135573

Mayın 10-u saat 20 radələrində paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən fərdi yaşayış evlərindən birində 1965-ci il təvəllüdlü Ehtibar Abbasovun ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Bizim.Media-ya Binəqədi rayon prokurorluğundan məlumat verilib. 

Məlumatda qeyd olunur ki, aparılmış araşdırmalarla 1990-cı il təvəllüdlü Azər Abbasovun aralarında yaranmış mübahisə zamanı atası Ehtibar Abbasova kəsici-deşici alətlə xəsarət yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində Azər Abbasov mayın 12-də şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İbtidai istintaq davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO