Kürdəmirdə XEYRİYYƏ AKSİYASI - 50-yə yaxın uşaq sünnət olunacaq - FOTO 

Kürdəmirdə XEYRİYYƏ AKSİYASI - 50-yə yaxın uşaq sünnət olunacaq - FOTO 

Hazırda oxunan: Kürdəmirdə XEYRİYYƏ AKSİYASI - 50-yə yaxın uşaq sünnət olunacaq - FOTO 

134927

Kürdəmirdə rayon Mərkəzi Xəstəxanasının Publik Hüquqi Şəxsin təşkilatçılığı və təşəbbüsü ilə tədbirlər planına uyğun olaraq, növbəti sünnət aksiyası keçrilib. Aksiyada rayon camaatı fəal iştirak edib.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, Kürdəmir rayon Mərkəzi Xəstəxanasının Publik Hüquqi Şəxsin Cərrahiyə şöbəsində reallaşan sünnət aksiyası xəstəxananın cərrahı Şirin Abbasov və Məhəmmədemin Yunusov tərəfindən həyata keçrilib. 

Gün ərzində təşkil olunan aksiyaya rayon sakinləri fəal iştirak ediblər. Aksiyaya qatılan uşaqlar əvvəlcə həkim müayinəsindən keçirilib, sonra isə əməliyyat olunublar. Kürdəmir rayon Mərkəzi Xəstəxanası tərəfəsindən təşkil olunan aksiya rayon sakinlərinin də urəyincə olub. Sakinlər aksiya təşkilatçılarına öz minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, aksiyada günün birinci yarısı 30-dan çox uşaq sünnət olunaraq aksiyadan yararlanıblar. Ümumilikdə isə gün ərzində keçriləcək aksiyada 50-yə yaxın uşağın sünnət olunacaq. 

Xatırladaq ki, bir müddət əvvəl rayonda sünnət aksiyası həyata keçirilmişdi və rayon camaatı həmin aksiyada fəal iştirak edərək yararlanmışdı. Bundan başqa, bu kimi aksiyanın gələcəkdə də Kürdəmir rayon Mərkəzi Xəstəxanasının Publik Hüquqi Şəxsi tərəfindən mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur.






Aqil Əsədov, Bizim.Media, Aran bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO