Sumqayıtda itkin düşən qızdan XƏBƏR VAR - YENİLƏNİB 

Sumqayıtda itkin düşən qızdan XƏBƏR VAR - YENİLƏNİB 

Hazırda oxunan: Sumqayıtda itkin düşən qızdan XƏBƏR VAR - YENİLƏNİB 

134680

Sumqayıt şəhəri, BTZ bağlar massivi ərazisində yaşayan, mayın 2-də itkin düşən 23 yaşlı Fidan Yusubova artıq tapılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətindən bildirilib.

*** 17:00

Sumqayıt şəhəri, BTZ bağlar massivi ərazisində yaşayan 23 yaşlı Fidan Yusubova mayın 2-də axşam saatlarında yaşadığı ünvandan çıxaraq bir daha geri qayıtmayıb. 

Bu barədə Bizim.Media-ya DİN-in Mətbuat Xidmətindən məlumat verilib. 

Bildirilib ki, onun boyu təxminən 1 metr 60 sm-dir. Orta bədən quruluşlu, ağbəniz, yumru sifətli, sarı saçlı, gözlərinin rəngi yaşıldır. 

Evdən çıxarkən əynində boz rəngli gödəkçə, qara rəngli cins şalvar, ayağında qara rəngli idman ayaqqabısı olub. 

Şəkildə gördüyünüz şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102-Zəng Mərkəzi”nə, həmçinin Pirallahı Rayon Polis İdarəsinə (012) 457-02-02 şəhər və (050) 670-08-06 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO