Qəbələdə DƏHŞƏTLİ QƏZA: Ölənlərdən biri polis olub - FOTO/VİDEO

Qəbələdə DƏHŞƏTLİ QƏZA: Ölənlərdən biri polis olub - FOTO/VİDEO

Hazırda oxunan: Qəbələdə DƏHŞƏTLİ QƏZA: Ölənlərdən biri polis olub - FOTO/VİDEO

134185

Qəbələdə ağır yol nəqliyyat hadisəsində biri polis olmaqla iki nəfər vəfat edib.  

Bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya məlumat verilib. 

Məlumata görə qəza Qəbələ rayonunun Nohurqışlaq kəndi ərazisində baş verib. Belə ki, “Tofaş” markalı avtomobilin sürücüsü, polis nəfəri, 31 yaşlı İlham Cabbarlının idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yol kənarındakı ağaca çırpılıb. 

Nəticədə sürücü və 32 yaşlı sərnişin Hafiz Mahmudlu hadisə yerində vəfat edib.  

Digər sərnişin Elşad Əzizli isə rayon mərkəzi xəstəxanaya yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib. Vəziyyətinin ağır olduğu bildirilir. Hadisənin yüksək sürət nəticəsində baş verdiyi bildirilir.  
Faktla bağlı araşdırmalara başlanılıb.  
 




Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO