8 ilə inşa olunan Zığ-Hövsan yolunda İŞIQ niyə YOXDUR? – Rəsmi AÇIQLAMA 

8 ilə inşa olunan Zığ-Hövsan yolunda İŞIQ niyə YOXDUR? – Rəsmi AÇIQLAMA 

Hazırda oxunan: 8 ilə inşa olunan Zığ-Hövsan yolunda İŞIQ niyə YOXDUR? – Rəsmi AÇIQLAMA 

134135

8 ilə inşa olunan 18 kilometrlik Zığ-Hövsan yolu artıq istifadədir. Inşa zamanı yol boyu işıq dirəkləri quraşdırılsa da, o dirəklərə elektrik enerjisi verilmir. Sürücülər gecə saatlarında həmin yoldan rahat və təhlükəsiz istifadə edə bilmirlər. 

Bununla bağlı Bizim.Media-ya müraciət edən sürücülərin sözlərinə görə yolun qaranlıq olması səbəbindən həftəni bu başı ilə o başı bu yolda ölümlə və xəsarətlə nəticələnən ağır qəzalar baş verir. İlk vaxtlarda işıq dirəklərində işıqlandırma bərpa olunsa da, sonradan hərəkət iştirakçıları işıq üzünə həsrət qalıb. 

Məsələ ilə bağlı Bizim.Media-ya açıqlamasında Azərbaycan avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli bildirib ki, işıqlandırma bir müddətdir qoşulu idi, hazırda isə ərazidə müəyyən texniki problemlər var:

“Xəttdəki texniki problem yaxın vaxtlarda aradan qaldırılacaq və işıqlandırma yenidən bərpa olunacaq”.  

Xatırladaq ki, Zığ-Hövsan yolunun təmirinə 2015-ci ilin 20 oktyabrında başlanılıb və 2017-ci ildə bitməsi planlaşdırılıb. Amma təmir işləri maliyyə vəsaiti ayrıldıqca aparıldığı üçün iş ləngiyib. Bu ilin əvvəlindən isə magistral yol istifadəyə verilib. 

Qeyd edək ki, 7 il ərzində Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) sözügedən yolun təmirinin yekunlaşması üçün bir neçə dəfə vəsait ayrılıb.

İlham Əliyevin 2021-ci ilin 23 sentyabrında imzaladığı sərəncamla həmin yolun əsaslı təmiri üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 6,0 (altı) milyon manat ayrılıb.

Bunun ardınca, daha dəqiq desək, 2021-ci ilin 10 oktyabrında Prezident İlham Əliyevin sərəncamı ilə Zığ-Hövsan yolunun inşası üçün daha 4.9 milyon manat ayrılıb.

Ötən ilin sentyabrında növbəti dəfə Prezident İlham Əliyev Suraxanı rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı Sərəncam imzalayıb.

Həmin sərəncamla Suraxanı rayonunun Bülbülə, Əmircan, Hövsan, Qaraçuxur, Yeni Suraxanı və Zığ qəsəbələri ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə 4,6 milyon (dörd milyon altı yüz min) manat Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Sonuncu dəfə isə ötən il oktyabrın 28-də 58 min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Zığ-Hövsan avtomobil yolunun yenidən qurulmasının başa çatdırılması məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 7 milyon manat ayrılıb.
Beləliklə sözügedən yolun təmir-bərpası üçün dövlət büdcəsindən toplam 22 milyon 500 min manat vəsait ayrılıb.

Aparılan işlərdən görünən odur ki, Zığ-Hövsan yolu hələ də tam istifadəyə hazır deyil. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO