Doğuş zamanı ən çox ölüm hadisəsi Cəlilabadda qeydə alındı -  FOTO

Doğuş zamanı ən çox ölüm hadisəsi Cəlilabadda qeydə alındı - FOTO

Hazırda oxunan: Doğuş zamanı ən çox ölüm hadisəsi Cəlilabadda qeydə alındı - FOTO

133952
Ötən il Cəlilabad rayonunda doğuş zamanı ölkə üzrə ən çox ölüm hadisəsi qeydə alınıb. Buna görə rayon sakinləri xətəxananın baş həkim İlham Əliyevi və doğum şöbəsinin rəisi Dilbər həkimi suçlu biliblər. Sakinlər bildirib ki, onların ailələrini son anda aldadaraq məcburi qeysəriyyə əməliyyatı edirlər.

Bu qanunsuz və insanlığa zidd əməlin səbəbi xəstələrdən pul almaqdır. Sakinlər bildirir ki, keçən ay da həmin xəstəxanada yenə də doğuş zamanı bir qadın dünyasını dəyişib. Məhz belə özbaşnalığa və bisavadlığa görə artıq rayon əhalisi tibbi yardım üçün başqa rayonların həkimlərinə müraciət edirlər.

Əgər xatırlayırsınızsa, ötən ilin oktyabr ayının 1 ”“ də rayonun Alar kənd sakini, 1995-ciil təvəllüdlü Xoşbəxt Fikrət qızı Həsənova axşam saatlarında Cəlilabad rayon mərkəzi xəstəxanasının doğum şöbəsinə yerləşdirilərək, üzərində qeysəriyyə əməliyyatı aparılmışdı. Sonra isə gənc ana dünyasını dəyişmişdi.

Bundan sonra isə rayonun bir qrup həkim kollektivi Bakıya kursa göndərilmişdi.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO