Biləsuvarda yağış və küləyin fəsadları aradan qaldırılır - FOTO

Biləsuvarda yağış və küləyin fəsadları aradan qaldırılır - FOTO

Hazırda oxunan: Biləsuvarda yağış və küləyin fəsadları aradan qaldırılır - FOTO

133872

Biləsuvar rayonunda leysan yağışı və güclü külək bir sıra fəsadlara səbəb olub. 

Bizim.Media-nın Cənub bürosu xəbər verir ki, gecə saatlarından  başlayaraq təxminən bir saat ərzində Biləsuvar rayonunun ərazisində müşayiət olunan leysan yağışı və güclü külək nəticəsində şəhərin bir çox küçələrində, eləcə də kəndlərdə güclü külək yol kənarlarındakı ağacları aşırıb. Həmçinin yağan yağış daşaraq küçələrə dolub.

Bəzi yerlərdə elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Baş vermiş hadisənin operativ şəkildə aradan qaldırılması ilə əlaqədar  Biləsuvar rayon icra hakimiyyətinin rəhbərliyi ilə aidiyyəti təşkilatlar tərəfindən zəruri tədbirlər həyata keçirilib.

Hazırda qırılan ağaclar təmizlənərək yol kənarlarından daşınmış, küçələrdə yığılmış sular maşınlar vasitəsilə çəkilib.

Elektrik verilişində yaranan nasazlıqlar aradan qaldırılıb.

Bu istiqamətdə işlər davam etdirilir.




Elşən Feyzullayev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO