Uşaqların sosial mediadan istifadə məsələsi yenidən gündəmdə: NƏLƏRİ DƏYİŞMƏK OLAR?

Uşaqların sosial mediadan istifadə məsələsi yenidən gündəmdə: NƏLƏRİ DƏYİŞMƏK OLAR?

Hazırda oxunan: Uşaqların sosial mediadan istifadə məsələsi yenidən gündəmdə: NƏLƏRİ DƏYİŞMƏK OLAR?

133451

Gündəlik həyatı sosial mediadan kənarda təsəvvür etmək çətindir. Sosial medianın bizə fayda gətirən tərəfləri olsa da, ziyanları daha çoxdur.  İnsanlar zamanının çoxunu bu “icada” sərf edir. Çox zaman böyüklər üçün zaman itgisinə səbəb olan sosial media uşaqlar üçün daha təhlükəlidir.  

Qeyd edək ki, bu günlərdə ABŞ-ın Yuta və Arkanzas ştatlarında qəbul edilən qaydalarla 18 yaşdan kiçik olanların sosial mediadan istifadəsinə ciddi məhdudiyyətlər gətirilib.

Qayda 22.30 - 06.30 saatları arasında 18 yaşından kiçik uşaqların sosial mediada olmasını məhdudlaşdırır və alqoritmik reklamları bloklayır.

Yaşı 18-dən az olanlar sosial mediada hesab açmaq üçün ata-atanın razılığını almalıdır.
Valideynlər övladlarının hesablarına istədikləri zaman daxil ola biləcəklər.

Onu da qeyd edək ki,sosial media asılılığı, sui-istifadə və reklam müraciətləri kimi mövzularda yetkinlik yaşına çatmayanları qorumaq məqsədi daşıyan bu qaydalar tənqidlərə səbəb olub.

Bəzi rəqəmsal beyin mərkəzləri qaydaların istifadəçi məlumatlarını daha az təhlükəsiz edəcəyi və məxfiliyi pozacağını bildirib. Digər mütəxəssislər isə hesab edir ki, bütün ABŞ belə sosial mediadan istifadə ilə bağlı qanuni tənzimləmələr etməzsə, Yuta və Arkanzas ştatları başqa əyalətlərə nümunə ola bilər.

İKT mütəxəssisi Elvin Abbasov mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında bildirib ki, sosial şəbəkə qaydaları  ayrı-ayrı ölkələrə görə deyil, bütün dünya üçün keçərlidir:

“Sosial şəbəkə istifadə ilə bağlı hər hansı bir qayda tətbiq etdikdə dünya üzrə tətbiq olunur. Hər ölkəyə görə fərqli bir qayda tətbiq etmək asan deyil.  Həm də o zaman sosial şəbəkə haçalanmış olar. Ona görə də bir yer üçün hansısa qayda tətbiqi real görünmür. Bu məhduiyyət olacaqsa, sosial şəbəkənin strategiyaları arasında yer alacaq.  Bu kimi məhdudiyyətlər əvvələr də olub. 14 yaşına qədər uşaqlar üçün çat göstərilmirdi, sosial şəbəkəyə daxil ola bilsələr də, status paylaşmaq olmurdu. 18 yaşından aşağı uşaqlar üçün məhdidiyyətin tətbiqi feyk profilləri artıracaq. Bunun ən təkmil yolu şəxsiyyət vəsiqəsini skan edib yerləşdirmək olacaq.

Şəxsiyyət vəsiqəsi ilə dəqiqləşmə aparılmayanda sosial şəbəkə fərdin neçə yaşında olduğunu bilməyəcək. Deyək ki, sosial şəbəkə X ölkədədir, Y ölkədə isə bir qeydiyyat var var. O qeydiyyat özü üçün istədiyi feyk məlumatı əlavə edirsə, sosial şəbəkə o vətəndaşın 18 yaşından aşağı, ya yuxarı olduğunu bilməyəcək. Eyni zamanda, sənədlərin saxta olmaması üçün istifadəçi ölkə servis xidmətilə həmin sənəd sahibinin yaşı ilə bağlı məlumatı ötürməlidir”. 

Mütəxəssislər isə hər fürsətdə xəbərdarlıq edir ki, sosial media aludəçiliyi uşaqlarda uzun müddət ekrana məruz qalma; depressiya, yuxu problemləri, diqqət əskikliyi hiperaktivlik pozuqluğu, davranış pozğunluğu, travma sonrası stress pozuqluğu, cinsi və fiziki sui-istifadə və maddə istifadəsi kimi ciddi ruhi problemlərə səbəb ola bilər. 
13 yaşından əvvəl sosial media hesabı açmağı tövsiyə etməyən ekspertlər, sosial mediadan istifadədə uşaqların məlumatlandırılmasının və onlara nümunə olmasının vacibliyinə də diqqət çəkirlər.

Türkiyənin uşaq və yeniyetmə psixiatrı Neriman Kilitin sözlərinə görə,  ekrandan istifadə müddəti yaş dövrlərinə görə məhdudlaşdırılmalıdır:

“Uşaqların ekranlı cihazlarla erkən yaşda tanış olması bir çox mənfi təsirlərə səbəb olur. Erkən yaşda telefon və ya kompüterlə tanışlıq uşaqların ekran asılılığına, aclıq və toxluq hissinin inkişafına, düzgün və sağlam tualet  təliminə və telefon ekranı olmadan özlərini sakitləşdirmək bacarığının inkişafına  mənfi təsir edə bilər. 3 yaşına qədər olan uşaqların ekranla tanışlığı doğru deyil. 3 yaşından sonra  texnologiyadan gündəlik fərdi istifadə müddəti 30 dəqiqə, ibtidai məktəb çağının ilk 4 ilində 45 dəqiqə, ikinci 4 ilində 1 saat, yuxarı siniflərdə isə ən çoxu  2 saat istifadə tövsiyə olunur”.

Psixiatr onu da vurğulayıb ki, 13 yaşına qədər olan uşaqların soaial mediyadan istifadəsi ümumiyyətlə məsləhət deyil Ondan böyük yaşda olanlar  facebook, instagram və twitter kimi sosial media şəbəkələrinə daxil ola bilərlər. O bildirib ki, müraciətlərdə hesab açma yaşı 13 olsa da, sistem tərəfindən nəzarət mexanizmi olmadığından məsuliyyət valideynlərin üzərinə düşür.

Mütəxəssisin sözlərinə görə, uşaqların oynaya biləcəyi yerlərin olmaması, valideynlərin iş həyatından fürsət tapıb ailədə çox vaxt keçirə bilməməsi kimi səbəblərdən  uşaqların sosial mediyadan istifadəsi artır: “Valideyn özü sosial mediadan gündə 2 saatdan çox  istifadə etməməklə nümunə olmalıdır.

İstifadə müddəti istisna olmaqla, dostlarla üz-üzə vaxt keçirməyin həzzinin sosial media ilə eyni olmadığı izah edilməlidir.

İnternetdən mənfi çəkildə  istifadənin depressiya, tənhalıq, sosial mühitlə əlaqələrin zəifləməsi kimi problemlər yarada biləcəyi izah olunmalıdır.

Uşağın idmana, incəsənətə meyli təşviq edilməlidir.

Əlavə olaraq izah edilməlidir ki, planlarını sosial media hesablarına uyğunlaşdıraraq həyata keçirən, internet üzərindən sosiallaşma və mədəni fəaliyyətlər edən insanlarda internet asılılığı problemi yarana bilər”.

Aygün İbrahimli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO