Şəhid övladları üçün ekskursiya təşkil edildi - FOTO

Şəhid övladları üçün ekskursiya təşkil edildi - FOTO

Hazırda oxunan: Şəhid övladları üçün ekskursiya təşkil edildi - FOTO

132626

Şəhidlərimizin övladları üçün Heydər Əliyev Beynəlxalq Aeroportuna ekskursiya reallaşdırılıb.

AZAL-ın mətbuat xidmətindən Bizim.Media-ya bildiriblər ki, zəngin və maraqlı proqram çərçivəsində ekskursiya iştirakçıları hava limanının necə çalışdığını ətraflı öyrənib, təyyarələri canlı izləyiblər. Həmçinin onlara hava limanının fəaliyyətində iştirak edən xidmətlərin işi barədə məlumat verilib.

Belə ki, gənc qonaqlar hava gəmilərinə texniki xidmət anqarını ziyarət edib, hava limanının kinoloji və yanğından mühafizə xidmətinin fəaliyyəti ilə tanış olublar.

Ekskursiyanın kulminasiyası kimi “Boeing 787 Dreamliner” hava gəmisinə baş çəkən iştirakçıların pilot və təyyarə bələdçisi peşələri barədə sualları cavablandırılıb. Onlar hava gəmisinin pilot kabinəsində özlərini pilot kimi hiss ediblər.












Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO