50 manata narkotik satan şəxs SAXLANILDI - FOTO 

50 manata narkotik satan şəxs SAXLANILDI - FOTO 

Hazırda oxunan: 50 manata narkotik satan şəxs SAXLANILDI - FOTO 

132619

Şəmkirdə narkotik satan və alan şəxslər saxlanılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb. 

Bildirilib ki, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Turab Həsənov saxlanılıb. Üzərindən heroin aşkarlanan şəxs narkotik maddəni “Miki” adı ilə tanıdığı həmyerlisindən aldığını bildirib. 

Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində T.Həsənova narkotik maddəni 50 manata satan Şəmkir rayon sakini M.Zamanov saxlanılıb.

Üzərindən müxtəlif bükümlərdə heroin və marixuana aşkar edilən M.Zamanovun yaşadığı fərdi yaşayış evindən isə 2 ədəd torbada ümumi çəkisi 5 kq 110 qram narkotik maddə olan heroin aşkar edilərək götürülüb. Dindirilmə zamanı M.Zamanov narkotik maddəni onlayn yolla İran vətəndaşından aldığını etiraf edib. 
Faktlarla bağlı polis şöbəsində cinayət işi başlanılıb araşdırmalar davam etdirilir. 












Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO