Ərdoğan vətəndaşları Fransa məhsullarını almamağa çağırdı

Ərdoğan vətəndaşları Fransa məhsullarını almamağa çağırdı

Hazırda oxunan: Ərdoğan vətəndaşları Fransa məhsullarını almamağa çağırdı

1326

"Avropada müsəlmanlara aid iş yerləri, evlər, məktəblər demək olar hər gün faşist təşkilatların hücumuna məruz qalır".

Bizim.Media Türkiyə KİV-nə istinadən məlumat verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Necə ki, Fransada Türkiyə istehsalı olan məhsulları almayın deyirlərsə, mən də buradan millətimə səslənirəm. Fransız məhsullarını almayın”, - deyə Ərdoğan vurğulayıb.

Ərdoğan qeyd edib ki, bu günlərdə islam dünyası çox çətin günlər yaşayır, Qərb dövlətlərində müsəlmanlara qarşı hüquq pozuntuları adi hal alıb:

“Etnik və dini kimliyinə görə şiddətə məruz qalan milyonlarca müsəlman qardaşımız var. Bütün bunlar dünyanın gözü qarşısında baş verir. Xüsusilə xristian dünyasına, yəhudilərə çağırış edirəm. Biz xristiana da, yəhudiyə də sahib çıxırıq. Dünya liderlərinə səslənirəm. Gəlin Fransada, Almaniyada zülmə məruz qalan müsəlmanlara da sahib çıxaq”.

Türkiyə prezidenti əlavə edib ki, Qərb siyasətçiləri daxili və xarici siyasətlərindəki uğursuzluqlarının səbəbini müsəlmanlarla əlaqələndirirlər:

“Müsəlmanları düşmən elan etməklə heç bir qazanc əldə edə bilməyəcəksiniz. Bu yolun sonu fəlakətdir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO