Ucarda avtomobil mikroavtobusa çırpıldı – Xəsarət alanlar var - FOTO 

Ucarda avtomobil mikroavtobusa çırpıldı – Xəsarət alanlar var - FOTO 

Hazırda oxunan: Ucarda avtomobil mikroavtobusa çırpıldı – Xəsarət alanlar var - FOTO 

132587

Ucarda yol qəzası baş verib. 

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə bu gün Bakı-Qazax əsas magistral yolunun rayonun Alpı kəndindən keçən hissəsində qeydə alınıb.

Bakı-Tovuz xətti ilə sərnişin daşıyan Tovuz rayon sakini, 1970-ci il təvəllüdlü Nizami Abduləzim oğlu Məmmədov idarə etdiyi "Mercedes Sprinter" markalı mikroavtobusu sərnişin götürmək məqsədi ilə yol kənarında saxlayıb. Arxadan gələn Mingəçevir şəhər sakini, 1986-ci il təvəllüdlü Cəmil Bayram oğlu Məmmədovun idarə etdiyi eyni markalı avtomobil mikroavtobusa çırpılıb.

Nəticədə Yevlax rayon sakini, 1980-ci il təvəllüdlü Rəşad Həmid oğlu Həmidov və Mingəçevir sakini, 1965-ci il təvəllüdlü Ramiz Şakir oğlu Mollakişiyev müxtəlif xəsarətlər alaraq Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. 
Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır. 






Aqil Əsədov, Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO