Media subyektləri tərəfindən təkzib, cavab və düzəliş verilməsi qaydalarının pozulmasına görə cərimə müəyyənləşib.
Bizim.Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.
Məcəlləyə əsasən, media subyektləri tərəfindən təkzib, cavab və düzəliş verilməsinin “Media haqqında” qanunla müəyyən edilmiş qaydaların pozulmasına görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:56 / 25.04.2023
Təkzib və düzəliş qaydalarını pozan media subyektlərinə YÜKSƏK CƏRİMƏ
Hazırda oxunan: Təkzib və düzəliş qaydalarını pozan media subyektlərinə YÜKSƏK CƏRİMƏ
Hazırda oxunan: Təkzib və düzəliş qaydalarını pozan media subyektlərinə YÜKSƏK CƏRİMƏ
132581
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.