Ağcabədidə iki avtomobil toqquşdu - Ölən və xəsarət alanlar var

Ağcabədidə iki avtomobil toqquşdu - Ölən və xəsarət alanlar var

Hazırda oxunan: Ağcabədidə iki avtomobil toqquşdu - Ölən və xəsarət alanlar var

132549

Ağcabədidə ölümlə nəticələnən yol qəzası olub.

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, hadisə Ağcabədi-Ağdam avtomobil yolunun Ağcabədi rayonunun Hindarx qəsəbəsindən keçən ərazisində qeydə alınıb.

1993-cü il təvəllüdlü Fərəcov Natiq Fəqani oğlunun idarə etdiyi “Mercedes-Benz” markalı avtomobillə 1999-cu il təvəllüdlü Fətəliyev Süleyman Yelmar oğlunun idarə etdiyi “MG” markalı avtomobil toqquşub.

Nəticədə “MG” markalı avtomobildə olan sərnişin Həsənova Qəyanə Hüseyin qızı aldığı xəsarətlərdən hadisə yerində ölüb, həmin avtomobildə olan digər sərnişin Məmmədova Kəmalə Hüseyin qızı və “Mercedes-Benz” markalı avtomobilin sürücüsü Fərəcov Natiq Fəqani oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
Fakta görə Ağcabədi rayon polis şöbəsinin istintaq bölməsində CM-in 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO