Şənbə günü hava necə olacaq?

Şənbə günü hava necə olacaq?

Hazırda oxunan: Şənbə günü hava necə olacaq?

132061

Azərbaycanda aprelin 22-nə gözlənilən hava proqnozu açıqlanıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. 

Məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 8-13° isti, gündüz 14-19°, bəzi yerlərdə 22° isti olacaq. Atmosfer təzyiqi 757 millimetr civə sütunundan 762 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 faiz təşkil edəcək. 

Azərbaycanın rayonlarının bəzi yerlərində havanın arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Günün ikinci yarısından yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 8-13°, gündüz 20-25° isti, dağlarda gecə 0-5°, gündüz 8-13°, bəzi yerlərdə 16-19° isti olacağı ehtimal edilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO