Bakıda gecə saatlarında ağacları qırıb obyekt tikirlər? - VİDEO 

Bakıda gecə saatlarında ağacları qırıb obyekt tikirlər? - VİDEO 

Hazırda oxunan: Bakıda gecə saatlarında ağacları qırıb obyekt tikirlər? - VİDEO 

131005

Bakıda gecə saatlarında yol kənarında yaşıllıq hissədə tikinti işərinə başlanıb. 

Ərazidə ağacların kəsildiyi iddia edilir. 

Bizim.Media “Xezerxeber.az”a istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə foto yayılıb. 

Məlumata görə, həmin foto Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsində çəkilib. 

Sakinlər 1 A saylı binanın qarşısında yaşıllığın məhv edildiyini, obyekt tikildiyini iddia edirlər. 

Çəkiliş apardığımız müddətdə tikintini aparan və ya prosesə məsul olan şəxslərdən heç birini ərazidə tapa bilmədik. Daha sonra Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşları həmin ünvana gəliblər. Onlar görülən işlərə müdaxilə ediblər. 
Məsələ ilə bağlı Səbail Rayon İcra Hakimiyyətindən bildirilib ki, sözügedən ünvanda keçirilmiş monitorinq zamanı müvafiq icazə sənədi olmadan tikinti işlərinin aparılması faktı aşkar edilib.

İşlərin qarşısı alınıb. Sözügedən ünvan nəzarətə götürülüb. 

Mövzu ilə bağlı daha ətraflı videomaterialda: 
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO