Sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edən şəxs SAXLANILDI - FOTO

Sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edən şəxs SAXLANILDI - FOTO

Hazırda oxunan: Sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edən şəxs SAXLANILDI - FOTO

130465

Sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq məqsədi ilə narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən rayonun Qədili kənd sakini Şərif Ərəbov saxlanılaraq polis şöbəsinə gətirilib.

Onun üzərinə baxış keçirilən zaman külli miqdarda narkotik maddə olan “metamfetamin” aşkar edilərək götürülüb. Şübhəli şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq məhkəməyə göndərilib. Samux Rayon Məhkəməsinin qərarı ilə Şərif Ərəbov barəsində həbs-qətimkan tədbiri seçilib.
Bundan əlavə araşdırmalar zamanı saxlanılan şəxsin sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edən videolar paylaşması da məlum olub.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO