Xaçmazda ər-arvad qəsdən öldürülərək yandırılıb? – FOTO/VİDEO 

Xaçmazda ər-arvad qəsdən öldürülərək yandırılıb? – FOTO/VİDEO 

Hazırda oxunan: Xaçmazda ər-arvad qəsdən öldürülərək yandırılıb? – FOTO/VİDEO 

129911

Xaçmazın Xanoba kəndində bu gecə 01.40 radələrində baş verən dəhşətli yanğında ölən ər-arvad Aslan və Rumiyə Tarverdiyevlərin qəsdən öldürülüb yandırılmaları ehtimal edilir. Rayonun hadisə yerində işləyən hüquq-mühafizə orqanları əməkdaşlarının bu qənaətə gəldiyi bildirilir.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, hadisə yerindən ər-arvadın yanaşı halda yanmış meyiti tapılıb.

Bu barədə fotolar əldə edilib. Bu, polis və prokurorluq əməkdaşlarının diqqətini cəlb edib.

Bizim.Media-nın əməkdaşı Xaçmazın Xanoba kəndində yanan evdə olub.
 

MÖVZU İLƏ BAĞLI:

Xaçmazda ev yanaraq külə döndü - Ər-arvad öldü - ÖZƏL - VİDEO


Xaçmaz polis şöbəsinin Yalama bölməsi əməkdaşlarının yanan evi mühafizə etdiklərini müşahidə etdik. 

Aslan Tarverdiyevlərin qonşusu Çingiz Tacibov çox sakit ailə olduqlarını deyib. Ailənin böyük oğlu Telmanın Dərbənddə məşhur cərrahlardan biri olduğu bildirilib. Onların qızı isə Sumqayıtda yaşayır.

Aslan və Rumiyə Tarverdiyevlərin qəsdən öldürülüb-öldürülməmələri Xaçmaz rayon Prokurorluğunda araşdırılır. Rayon prokurorluğu hələlik faktla bağlı hadisənin baş verməsi haqda xəbər yayıb. İstintaqın gedişi və ekspertizanın rəyindan sonra mətbuata dahs geniş açıqlama veriləcəyi gözlənilir.











Aytəkin Alxaslı, Bizim.Media, Şimsl bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO