Xaçmazın Xanoba kəndindəki fərdi evlərin birində yanğın olub.
Bizim.Media xəbər verir ki, hadisə bu gecə saat 01.40 radələrində qeydə alınıb.
Yanğın yerinə dərhal FHN-in Xaçmaz Dövlət Yanğınsöndürmə Hissəsinin iki yanğınsöndürmə avtomobili göndərilib.
Alovun qarşısı 02.30-da məhdudlaşdırılaraq 03.30-da tam alınıb.
Yanğın nəticəsində ümumi sahəsi 150 kvadratmetr olan 1 mərtəbəli, 5 otaqlı ev əşyaları ilə birgə tam yanıb. Yanmış evdən yanğınsöndürənlər ev sahibi, 60 yaşlı Aslan Balasultan oğlu Tarverdiyevin və həyat yoldaşı, 58 yaşlı Rumayə Atakişi qızı Tarverdiyevanın yanmış meyitlərini askar ediblər.
Yanğının başvermə səbəbləri açıqlanmır. Xaçmaz rayon prokurorluğunda araşdırma başlanılıb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu