Azərbaycanda Nüvə Təbabəti Mərkəzi yaradılır

Azərbaycanda Nüvə Təbabəti Mərkəzi yaradılır

Hazırda oxunan: Azərbaycanda Nüvə Təbabəti Mərkəzi yaradılır

129558
Azərbaycanda Nüvə Təbabəti Mərkəzi yaradılır


Xarici İşlər Nazirliyindən Moderator.az-a  verilən məlumata görə, aprelin 15-də Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) ilə ölkəmiz arasında həyata keçirilən Texniki Əməkdaşlıq Proqramı çərçivəsində Milli Onkologiya Mərkəzinin nəzdində Nüvə Təbabəti Mərkəzi təsis ediləcək.

Həmin gün mərkəzin rəsmi açılışı olacaq. Mərasimdə AEBA-nın yüksək vəzifəli rəsmisinin də iştirak edəcəyi gözlənilir.

Onu da qeyd edək ki, xarici işlər naziri Elmar Məmmədyarov Vaşinqton Nüvə Təhlükəsizliyi Sammiti çərçivəsində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Yukiya Amano ilə görüşüb.

Görüşdə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib və nazir ölkəmizin  Nüvə materialının fiziki mühafizəsi haqqında Konvensiyaya Düzəlişin Azərbaycan Respublikası tərəfindən təsdiq edilməsi barədə sənədi  baş direktora təqdim edib.

AEBA-nın baş direktoru isə öz növbəsində səhiyyə, kənd təsərrüfatı, sənaye və su ehtiyatlarının idarə edilməsi kimi sahələrdə nüvə texnologiyalarının tətbiq olunması barədə məlumat verib. AEBA-nın xərçəng və şəkərli diabet kimi xəstəliklərin müalicəsində, habelə dünyada yayılmaqda olan təhlükəli viruslarla mübarizədə yaxından iştirak etdiyini diqqətə çatdırıb.

Y.Amano AEBA ilə ölkəmiz arasında həyata keçirilən Texniki Əməkdaşlıq Proqramı çərçivəsində Milli Onkologiya Mərkəzinin nəzdində Nüvə Təbabəti Mərkəzinin təsis edilməsini də müsbət addım kimi dəyərləndirib.

Nazir Elmar Məmmədyarov su ehtiyatlarının idarə edilməsi və kənd təsərrüfatı kimi sahələr də daxil olmaqla, AEBA ilə əməkdaşlığın müxtəlif istiqamətlərdə inkişaf etdirilməsinin və bu məqsədlə AEBA mütəxəssisləri ilə məsləhətləşmələrin intensivləşdirilməsinin ölkəmiz üçün maraq kəsb etdiyini vurğulayıb.

Görüş zamanı həmçinin Ermənistanda yerləşən və bölgəmiz üçün ciddi təhlükə mənbəyi olan köhnəlmiş “Metsamor”x9d atom elektrik stansiyasının fəaliyyətindən irəli gələn təhdidlər əsas müzakirə mövzusu olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO