Tariyel Qurbanov Mədət Quliyevin müşaviri oldu

Tariyel Qurbanov Mədət Quliyevin müşaviri oldu

Hazırda oxunan: Tariyel Qurbanov Mədət Quliyevin müşaviri oldu

129357

Bir müddət öncə fəaliyyətinə xitam verilmiş tanınmış prokuror Tariyel Qurbanova Müdafiə Sənayesi Nazirliyində vəzifə verilib. 

Bizim.Media xəbər verir ki, bu barədə “Qafqazinfo”ya onun vəkili Adəm Məmmədov məlumat verib. 

Vəkil bildirib ki, Tariyel Qurbanov müdafiə sənayesi naziri Mədət Quliyevin müşaviri təyin olunub. 

Qeyd edək ki, Tariyel Qurbanov daha əvvəl Qaradağ və Hacıqabul rayonlarının prokuroru olub.

Baş Prokurorluqda idarə rəisinin müavini kimi çalışıb. Son olaraq Abşeron rayon prokurorluğunda işləyib. 

Xatırladaq ki, Tariyel Qurbanovun 2023-cü il yanvarın 16-da öz arzusu ilə prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilib. 

Xəbəri ilk olaraq heftelik.az saytı yayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO