Azərbaycan vətəndaşları martın 1-dən etibarən neqativ PCR testi ilə Gürcüstana hava yolu ilə səyahət edə biləcəklər.
Bizim.Media Gürcüstan mətbuatına istinadla xəbər verir ki, bu barədə ölkənin Baş naziri İrakli Qaribaşvili deyib.
MÖVZU İLƏ BAĞLI:
Kiyev-Bakı uçuşları martda bərpa edilə bilər - Bilet satışına başlanıldı
Onun sözlərinə görə, martın 1-dən etibarən Ukrayna, Qazaxıstan, Ermənistan, Rusiya və Belarus vətəndaşları da eyni qayda ilə səyahət edə biləcəklər.
Lakin ölkənin quru sərhəd-keçid məntəqələrində mövcud rejim saxlanılacaq.
Bizim.Media