Dünya sənin, dünya mənim... – Şəhid Elmir Həsənovun ölümündən 4 gün əvvəl toyda çəkilmiş VİDEOSU

Dünya sənin, dünya mənim... – Şəhid Elmir Həsənovun ölümündən 4 gün əvvəl toyda çəkilmiş VİDEOSU

Hazırda oxunan: Dünya sənin, dünya mənim... – Şəhid Elmir Həsənovun ölümündən 4 gün əvvəl toyda çəkilmiş VİDEOSU

129250

Sözləri Məmməd Araza məxsus, xalq artisti Niyaməddin Musayevin ifası ilə tanınan “Dünya sənin, dünya mənim, dünya heç kimin mahnısına” Elmir çox həvəslə rəqs edirdi. Ölümündən 4 gün əvvəl Bakıda keçirilən bir qohum toyunda mahnını sifariş edib, bütün qohumları ətrafına toplayıb, rəqs edib".

Bu sözləri Bizim.Media-ya 2021-ci il noyabrın 30-da Qaraheybətdə baş verən vertolyot qəzasında şəhid olan DSX-nın Aviasiya dəstəsinin 2-ci eskadrilya komandiri Elmir Həsənovun həyat yoldaşı Günel Həsənova deyib. 

“Həmin ilin noyabrın 26-da Elmir Qubadlıdan ezamiyyətdən qayıtdı, tələsik hazırlaşıb toya getdi. Onun bu rəqs videosu şəhid olandan sonra bizə gəlib çatıb. Videoya qədər də Elmirin bu mahnını çox sevdiyini, bu mahnıya rəqs etməyi çox xoşladığını bilirdim".
Günel Həsənova Elmirin toyda sonuncu videosunun onlarda çox mütəəssir etdiyini deyib:

"İşdən yorğun gələndə böyük qızımız Nuraya deyərdi ki, televizoru qoş, o mahnını qoy. Nuray da internetdən bu mahnını tapıb səsləndirirdi. Elmir də həvəslə bu mahnını dinləyir bəzən də oynayırdı. Sanki, o bu mahnı ilə yorğunluğunu çıxarırdı".

Şəhid xanımı həyat yoldaşının sevdiyi bu mahnını hər dəfə eşidən zaman göz yaşlarını saxlaya bilmədiyini bildirir. 

Həmin görüntüləri təqdim edirik:
 










Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO