Xocalı tədbirləri martın 1-ə kimi davam edəcək – Diaspor Komitəsi

Xocalı tədbirləri martın 1-ə kimi davam edəcək – Diaspor Komitəsi

Hazırda oxunan: Xocalı tədbirləri martın 1-ə kimi davam edəcək – Diaspor Komitəsi

12916

Hər il olduğu kimi, bu il də Xocalı soyqırımının növbəti ildönümü ilə əlaqədar dünyanın bir sıra ölkələrində soyqırımı qurbanlarının xatirəsi anılır, qətliamın dünya ictimaiyyətinə tanıdılması istiqamətində müxtəlif tədbirlər keçirilir.

Bizim.Media xəbər verir ki, bu barədə Diasporla İş Üzrə Dövlət Komitəsindən məlumat verilib.

 

MÖVZU İLƏ BAĞLI:

ABŞ-da Xocalıya həsr olunmuş veriliş nümayiş etdirilib - VİDEO


Artıq bəzi ölkələrdə Azərbaycan diasporunun təşkilatçılığı ilə Xocalı qətliamının 29-cu il dönümünə həsr olunmuş tədbirlərə start verilib.

Bu il Norveç, İsveç, Kanada, Niderland Krallığı, Qırğızıstan və dünyanın digər ölkələrində Xocalı soyqırımının qurbanları yad edilir.

Tədbirlər martın 1-nə qədər davam edəcək.

Xocalı qətliamının qurbanlarının xatirəsi nin yad edilməsi “Xocalıya Ədalət”, “Xocalıya biganə qalma” kimi çağırışlar təşkil edəcək.

Bundan başqa Xocalı soyqırımının ildönümünə həsr edilmiş müxtəlif formatlı anım mərasimləri keçiriləcək. 

Diaspor təşkilatlarından Dövlət Komitəsinə daxil olan məlumatlara görə, ümumilikdə 50-dən çox ölkədə, 100-lərlə şəhərdə 170-dən çox anım tədbirinin keçirilməsi planlaşdırılır.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO