Ucarda güclü YANĞIN – Xəsarət alan var - FOTO

Ucarda güclü YANĞIN – Xəsarət alan var - FOTO

Hazırda oxunan: Ucarda güclü YANĞIN – Xəsarət alan var - FOTO

128895

Ucarda fərdi yaşayış evi yanıb.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə bu gün rayonun Boyat kəndində qeydə alınıb.

Belə ki, güclü yanğın rayon sakini, 1989-ci il təvəllüdlü Cümşüd Məmməd oğlu İsrafilova məxsus ümumi sahəsi 120 km olan 4 otaqdan ibarət olan evdə baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ucar Rayon Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.
Yanğın zamanı ev əşyaları ilə birlikdə tamamilə yanaraq külə dönüb.Yanğınsöndürənlərin səyi nəticəsində həyətdə olan digər ev yanğından mühafizə olunub. Ev sahibinin anası, 1960-cı il təvəllüdlü Rəhilə Əbləsən qızı İsrafilovanın yanğın zamanı halı pisləşib.

Hadisə yerinə Ucar Rayon Təcili tibbi yardımın həkimləri cəlb olunub və zərərçəkənə ilkin tibbi yardım göstərilib.

İlkin ehtimala görə, yanğına səbəb elektrik naqillərində yaranan qısaqapanma göstərilir.

Faktla bağlı araşdırma aparılır. 

















Aqil Əsədov, Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO