Siqaret qiymətlərində NÖVBƏTİ BAHALAŞMA – İstifadə edənlərin sayı azalacaq?

Siqaret qiymətlərində NÖVBƏTİ BAHALAŞMA – İstifadə edənlərin sayı azalacaq?

Hazırda oxunan: Siqaret qiymətlərində NÖVBƏTİ BAHALAŞMA – İstifadə edənlərin sayı azalacaq?

128871

Siqaretlərin qiyməti yenidən bahalaşıb. Artıq bir çox mağaza və supermarketlərdə siqaretlər yeni qiymətlərlə təqdim edilir. Satıcılar bildirir ki,ötən gün səhərdən markasından asılı olmayaraq bütün siqaretlər 10 qəpik, bəzi siqaretlər isə 20 qəpik bahalaşıb.

Məsələn, “Kent-4” 10 qəpik bahalaşaraq 3.80-dən 3.90-a, “Winston” 3.70-dən 3.80, “Pall Mall” 2.70-dən 2.80 manata qalxıb.

Bəs, qiymət artımına səbəb nədir?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən iqtisadçı ekspert Akif Nəsirli qiymət artımın təəccüblü olmadığını bildirib:
 

MÖVZU İLƏ BAĞLI:

Ölkədə siqaret yenidən BAHALAŞDI 


“Azərbaycanda qiymətlər həftəbəhəftə artır. Ən azı ayda bir dəfə hansısa məhsulun qiymətində artım müşahidə olunur. Siqaretin bahalaşması da bu tendensiyanın əlamətidir. Bu məsələnin bir tərəfi. Qiymət artımının digər səbəbi dünya bazarında baş verən proseslərlə bağlıdır.

Tütün bir yana, adi kağızın qiyməti xeyli bahalaşıb. Nəzərə alaq ki, istehlak etdiyimiz siqaretin böyük hissəsi idxal hesabına formalaşır. Bu da əsas səbəblərdəndir. Digər bir səbəb isə inhisarçılıqdır. Qiymət bəzi hallarda süni şəkildə qaldırılır”.
Ekspert siqaretin baha olmasının tərəfdarı olduğunu da qeyd edib:

“Qiymətlərin artması fonunda siqaret istifadəçilərin də sayı azalır. Ən əsası siqaret baha olsa, bu qiymət yeniyetmələr üçün əlçatmaz olar. Bu da son nəticədə cəmiyyətin qazancıdır. Mən şəxsən siqaretin qiymətinin qalxmasının tərəfdarıyam”. 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO