İlham Əliyevdən Gürcüstanın yeni baş nazirinə təbrik

İlham Əliyevdən Gürcüstanın yeni baş nazirinə təbrik

Hazırda oxunan: İlham Əliyevdən Gürcüstanın yeni baş nazirinə təbrik

12810

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri kimi fəaliyyətə başlaması münasibətilə İrakli Qaribaşviliyə təbrik məktubu göndərib.

Bizim.Media xəbər verir ki, təbrik məktubunda deyilir:

“Azərbaycan ilə Gürcüstanı dərin tarixi kökləri olan ənənəvi dostluq və mehriban qonşuluq münasibətləri birləşdirir.

İnanıram ki, sıx tellər ilə biri-birinə bağlı olan xalqlarımızın iradəsinə uyğun olaraq ölkələrimiz arasındakı səmərəli əməkdaşlıq və strateji tərəfdaşlıq münasibətləri bundan sonra da dinamik şəkildə inkişaf edəcək və genişlənəcəkdir”.

Dövlətimizin başçısı Gürcüstanın Baş nazirinə möhkəm cansağlığı, xoşbəxtlik, dost Gürcüstan xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətində uğurlar diləyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO