Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidən maneəsiz hərəkət edir.
Bizim.Media xəbər verir ki, Laçından Xankəndiyə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus bir mətbuat, 14 təminat-təchizat və beş minik avtomobili aksiya ərazisindən maneəsiz keçib.
Bundan əlavə, sülhməramlıların bir təminat avtomobili Laçın istiqamətinə gedib.
Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər.
Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.
Bizim.Media