“Maşın hədiyyə edəcəyim əsgəri axtarıram...” – İş adamı Fərid Novruzi

Maşın hədiyyə edəcəyim əsgəri axtarıram...” – İş adamı Fərid Novruzi

Hazırda oxunan: Maşın hədiyyə edəcəyim əsgəri axtarıram...” – İş adamı Fərid Novruzi

1276

Xəbər verdiyimiz kimi Hadrut yollarında “Saxla o Mercedesi götürüm, o mənim xəyalım olub həmişə” deyən hərbçimizə azərbaycanlı iş adamı Fərid Novruzi eyni markalı avtomobil hədiyyə alıb. Amma əsgərin kim olduğunu hələ axtarıb tapa bilməyib. Bu barədə Fərid Novruzinin özü ilə danışdıq:

- Bir az çətin vəziyyətdir, çünki həmin əsgər hazırda cəbhədə vuruşur. Mən heç dəqiqliklə bilmirəm o kimdir, hardandır? Ümid edirəm ki, onu tanıyanlar və ya yaxın qohumlarından kimsə mənimlə əlaqə saxlayar. Bunun üçün bütün gücümü səfərbər etmişəm, bütün jurnalist dostlarımdan da xahiş etmişəm ki, bu işdə mənə köməklik göstərsinlər.

Bizim.Media vasitəsi ilə də o əsgər qardaşımızın yaxınlarına müraciət etmək istəyirəm ki, əlaqə saxlasınlar. Təşəbbüs dedikdə isə mən istədim ki, ön cəbhədə vuruşan igid əsgərlərimizdən birini də mən sevindirim, bu mənim üçün böyük xoşbəxtlik ola bilər.

Səhv etmirəmsə Şuşa alındıqdan sonra orada məscid inşa etmək fikrinizin olduğunu söyləmisiz...

- (gülür) Əlbəttdə ki, bundan böyük arzumuz ola bilməz. İnşallah, torpaqlarımız alındıqdan sonra belə bir işdə məmnuniyyətlə iştirak edərəm. Çünki işğaldan azad olunan torpaqlar erməni vandalları tərəfindən darmadağın edilib, orada görülməli çox iş var. Hər şeyi dövlətin üstünə atmaq doğru deyil, hər kəs bacardığından əsigəməməlidir.

- Bildiyimiz kimi siz həmdə səyyahsınız. Hansısa səyahətinizi Qarabağda başlayıb və ya orada bitirmək fikriniz varmı?

- Bu mənim ən böyük arzularımdan biridir. Hər dəfə düşünürdüm ki, dünyanın dörd bir tərəfinə səyahət etmək imkanım var, ancaq doğma Qarabağımızı görə bilmirəm. Mən inanıram ki, bu arzumu tezliklə reallaşdıra biləcəyəm. Qələbə günləri çox yaxındadır. Mən buna çox inanıram.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO