DİN Şamaxıda baş verən qəza ilə bağlı MƏLUMAT YAYDI 

DİN Şamaxıda baş verən qəza ilə bağlı MƏLUMAT YAYDI 

Hazırda oxunan: DİN Şamaxıda baş verən qəza ilə bağlı MƏLUMAT YAYDI 

126935

Şamaxı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat qəzası baş verib. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Bizim.Media-a bildirilib ki, bu gün Şamaxı rayonunun Quşçu kəndi ərazisində "Mercedes" markalı avtomobilin sürücüsü Elgün Nəbiyevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb. 

Müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü və avtomobildəki sərnişin 1973-cü il təvəllüdlü Ağsu şəhər sakini Arif Əliyev rayon mərkəzi xəstəxanasına yerləşdirilib. 

Göstərilən tibbi yardımlara baxmayaraq A. Əliyev vəfat edib. 

Faktla bağlı Şamaxı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO