Gəncədə 2 avtomobil toqquşdu - 4 nəfər xəstəxanalıq oldu

Gəncədə 2 avtomobil toqquşdu - 4 nəfər xəstəxanalıq oldu

Hazırda oxunan: Gəncədə 2 avtomobil toqquşdu - 4 nəfər xəstəxanalıq oldu

126846

Gəncədə 4 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, şəhərin Bağbanlar qəsəbəsi adlanan ərazısındə hərəkətdə olan “Mercedes Benz” markalı avtomobil VAZ-la toqquşub. 

Nəticədə  avtomobildə olan 2004-cü il təvəllüdlü Elnur Mehdixanov, 2004-cü il təvəllüdlü Amil Abbasquliyev, 2001-ci il təvəllüdlü Samir Abdullayev və 2003-cü il təvəllüdlü Sadiq Bayramov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. 

Hadisə yerinə DYP əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO