Oğuzda yüksək sürətlə hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq iki nəfəri xəstəxanalıq edib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, ağır yol-nəqliyyat hadisəsi şəhərin girişində qeydə alınıb.
Belə ki, yüksək sürətlə idarə edilən “VAZ 21099” markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı elektrik dirəyinə çırpılaraq aşıb.
Nəticədə avtomobilin sürücüsü və bir sərnişin müxtəlif bədən xəsarətləri ilə rayon xəstəxanasına çatdırılıb. Daha sonra həkimlərin tövsiyyəsi ilə xəsarət alan hər iki şəxs müayinə və müalicə edilmək üçün Şəki rayon mərkəzi xəstəxanasına aparılıb.
Faktla bağlı Oğuz rayon Polis Şöbəsində araşdırma aparılır. Hadisənin baş vermə səbəbi araşdırma və təhqiqat başa çatandan sonra bilinəcək.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
23:21 / 19.03.2023
Oğuzda "VAZ 21099" qəza törətdi
Hazırda oxunan: Oğuzda "VAZ 21099" qəza törətdi
Hazırda oxunan: Oğuzda "VAZ 21099" qəza törətdi
126416
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.