Şamaxıda yol qəzasında xəsarət alan ailə üzvləri Bakıya gətirildi

Şamaxıda yol qəzasında xəsarət alan ailə üzvləri Bakıya gətirildi

Hazırda oxunan: Şamaxıda yol qəzasında xəsarət alan ailə üzvləri Bakıya gətirildi

12583

Şamaxıda ağır yol qəzasında xəsarət alan bir ailənin 3 üzvü Bakıya gətirilib.

Bizim.Media xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində xəsarət alanlar - 1994-cü il təvəllüdlü Məmmədli Fəridə Cahid qızı, 1991-ci il təvəllüdlü Məmmədzadə Nisə Afər qızı və 1992-ci il təvəllüdlü Məmmədzadə Araz Fərhad oğlu təcili yardımın köməkliyi ilə əvvəlcə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

 

MÖVZU İLƏ BAĞLI:

Avtomobil su kanalına aşdı – 2 azyaşlı uşaq yaralandı

​​​​​​​
Lakin xəsarətləri ağır olduğundan Bakıda yerləşən xəstəxanaların birinə göndəriliblər.

Müayinə zamanı F.Məmmədliyə qapalı kəllə-beyin travması və qabırğaların sınığı, N.Məmmədzadəyə bədənin müştərək travması, A.Məmmədzadəyə isə baş nahiyəsinin cırılmış yaraları diaqnozları qoyulub.

Qeyd edək ki, hadisə Dəmirçi kəndində qeydə alınıb.

Qəzanın təfərrüatı araşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO