Bakıda yaşayış binasındakı yanğında 5 nəfər təxliyə olunub – YENİLƏNİB - VİDEO

Bakıda yaşayış binasındakı yanğında 5 nəfər təxliyə olunub – YENİLƏNİB - VİDEO

Hazırda oxunan: Bakıda yaşayış binasındakı yanğında 5 nəfər təxliyə olunub – YENİLƏNİB - VİDEO

125219

Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində doqquzmərtəbəli yaşayış binasında mənzildə baş verən yanğının qarşısı alınıb.

Bu barədə Bizim.Media-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Məlumata görə, FHN-in “112” qaynar xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində doqquzmərtəbəli yaşayış binasında mənzildə yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri dərhal əraziyə cəlb olunub.

İlkin məlumata görə, doqquzmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində 2 otaqlı mənzilin 1 otağında yanğın baş verib. Yanğın zamanı 5 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.
Yanğın qısa vaxtda yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

*** 11:39

Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində doqquzmərtəbəli yaşayış binasında mənzildə yanğın baş verib. 

Bizim.Media FHN-yə istinadən  xəbər verir ki, yanğın söndürülüb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO