Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar Azərbaycan vətəndaşlarının təxliyəsi davam etdirilib.
Bizim.Media xəbər verir ki, bu barədə trend.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Qeyd edilib ki, AYNA tərəfindən təşkil olunan təxliyə avtobusları ilə vətəndaşlarımız dünən Gürcüstan-Azərbaycan sərhədindən paytaxta gətirilib.
"Bu günə kimi 16 reys həyata keçirilib və 639 vətəndaş Bakı Beynəlxalq Avtovağzal Kompleksinə çatıb. Vətəndaşlar ödənişsiz Bakıya daşınıb", - deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib.
Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ ölkənin 10 vilayətində ciddi dağıntılara səbəb olub. Zəlzələ nəticəsində ölənlərin sayı 48 min nəfərə çatıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:16 / 13.03.2023
Türkiyənin zəlzələ bölgəsindən Bakıya təxliyə olunan VƏTƏNDAŞLARIN SAYI
Hazırda oxunan: Türkiyənin zəlzələ bölgəsindən Bakıya təxliyə olunan VƏTƏNDAŞLARIN SAYI
Hazırda oxunan: Türkiyənin zəlzələ bölgəsindən Bakıya təxliyə olunan VƏTƏNDAŞLARIN SAYI
125207
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.