WizzAir Bakı-Budapeşt aviareysinə biletlərin qiymətini açıqladı

WizzAir Bakı-Budapeşt aviareysinə biletlərin qiymətini açıqladı

Hazırda oxunan: WizzAir Bakı-Budapeşt aviareysinə biletlərin qiymətini açıqladı

125206
WizzAir Macarıstan-Polşa aviaşirkəti Budapeşt-Bakı-Budapeşt marşrutu üzrə aviauçuşlardan Azərbaycanda ildə 2,5-3 milyon avro gəlir əldə etməyi planlaşdırır. Trend-in məlumatına görə.

Bunu jurnalistlərə aviaşirkətin Baş direktoru Cozef Varadi Bakıda deyib.

Cozef Varadi həmçinin bildirib ki, Budapeştdən Bakıya aviareyslərin bərpa edilməsi macarlara Azərbaycanı yeni turzim istiqaməti kimi kəşf etməyə imkan verəcək. 

WizzAir şirkəti Budapeşt-Bakı marşrutu üzrə aviauçuşlara martın 27-dən başlayacaq. Reyslər həftədə iki dəfə, çərşənbə və bazar günləri olmaqla həyata keçiriləcək. Biletin qiyməti 59,99 avrodan başlayacaq. Qeyd edək ki, bi qiymətə biletlərin sayı cəmi 20-dir. Yerdə qalan biletlərin qyməti bir tərəfə 75-80 avro arasında dəyişir.

C.Varadinin sözlərinə görə, Budapeşt də Azərbaycan sakinləri üçün Avropaya “sərfəli”x9d qapı ola bilər: 

“Bakıdan Budapeştə biletin qiyməti 100 manatdan azdır, Budapeştdən Londona da biletin qiyməti 100 manatdan aşağıdır. Beləliklə Bakıdan Londana uçuş 200 manatdan az qiymətə başa gələcək”x9d.(Trend)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO