Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Tovuz, Ağstafa və Qazax rayonlarında yaşayan vətəndaşları qəbul edib.
Bizim.Media xəbər verir ki, qəbuldan öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub və abidənin önünə gül dəstələri qoyularaq, Ulu Öndərin xatirəsi hörmət və ehtiramla yad edilib.
Qəbul zamanı vətəndaşların müraciətləri dinlənilib, tikinti məqsədli müraciətlər təhlil edilib, şəhərsalma və torpaq qanunvericiliyinin tələbləri, layihələndirmə norma və qaydalarına dair geniş fikir mübadiləsi aparılıb.
Qəbul zamanı tikinti məqsədli müraciətlər təhlil edilib, şəhərsalma və torpaq qanunvericiliyinin tələbləri, layihələndirmə norma və qaydalarına dair geniş fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində Komitə sədrinin Tovuz Rayon İcra Hakimiyyətinin başçısı ilə görüşü baş tutub.
Görüş zamanı Tovuz şəhərinin baş planının icra vəziyyəti, şəhər ərazilərinin inkişafı və abadlaşdırılması ilə bağlı məsələlər müzakirə edilib, növbəti dövr üçün ilkin yol xəritəsi, əsas şəhərsalma istiqamətləri müəyyən edilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
04:37 / 12.03.2023
Komitə sədri Tovuzda vətəndaşları QƏBUL ETDİ – FOTO
Hazırda oxunan: Komitə sədri Tovuzda vətəndaşları QƏBUL ETDİ – FOTO
Hazırda oxunan: Komitə sədri Tovuzda vətəndaşları QƏBUL ETDİ – FOTO
125039
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.