Saxta saytlarla bağlı vətəndaşlara MÜRACİƏT EDİLDİ

Saxta saytlarla bağlı vətəndaşlara MÜRACİƏT EDİLDİ

Hazırda oxunan: Saxta saytlarla bağlı vətəndaşlara MÜRACİƏT EDİLDİ

124779

“Kiberhücumlar primitiv fişinqlə başlayır və daha sonra mürəkkəb vektorla davam edir. Bu istiqamətdə ən mühüm məsələlərdən biri də maarifləndirmədir”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin (ETX) rəis müavini Samir Rəsulov Mətbuat Şurasında qurumun və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin birgə təşəbbüsü ilə "Kütləvi informasiya vasitələrinin kiber təhlükəsizlik problemləri" mövzusunda keçirilən dəyirmi masada deyib.

O qeyd edib ki, hər kəs fişinq hücumu ilə rastlaşa bilər: 

“Hər kəsə saxta mesaj göndərilir, saxta vebsayta yönləndirilir və onlar buna aldanaraq öz məlumatlarını təqdim edirlər. Nəticədə insanların sosial platformalarda hesabları ələ keçirilir. Burada insanlar diqqətli olmalı, mesajın mənbəyinə, domeninə diqqət yetirməlidir”, - deyə o, qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO