Bakı-Quba yolunda avtobus yük maşınına çırpılıb, 15 yaralı var - FOTO/YENİLƏNİB

Bakı-Quba yolunda avtobus yük maşınına çırpılıb, 15 yaralı var - FOTO/YENİLƏNİB

Hazırda oxunan: Bakı-Quba yolunda avtobus yük maşınına çırpılıb, 15 yaralı var - FOTO/YENİLƏNİB

124498

Sumqayıt şəhərində “Ford” markalı mikroavtobusun “DAF” markalı yük avtomobili ilə toqquşması nəticəsində 15 nəfər xəsarət alıb.

Bizim.Media xəbər verir ki, bu barədə Sumqayıt Tibb Mərkəzi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, xəsarət alanlardan 6 nəfər xəstəxanaya stasionar müalicəyə qəbul edilib, onlardan 2-nin vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

Eyni zamanda, 3 nəfərin təcili yardım şöbəsində olduğu qeyd edilib.

Bildirilib ki, digər şəxslər ilkin tibbi yardım göstəriləndən sonra evə buraxılıb.

08.34

Sumqayıt şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, bu barədə  Fövqəladə Hallar Nazirliyi  məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Ford” markalı mikroavtobus və “DAF” markalı yük avtomobili toqquşub, 2 nəfər mikroavtobusda sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 2 nəfər müxtəlif xəsarətlərlə zədələnmiş nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO