Vətən müharibəsi qazisi vəfat etdi

Vətən müharibəsi qazisi vəfat etdi

Hazırda oxunan: Vətən müharibəsi qazisi vəfat etdi

123888

Vətən müharibəsi qazisi bədbəxt hadisə nəticəsində vəfat edib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Xəzər Xəbər TV” Telegram kanalı yayıb.

Mənbə yazır ki, bir həftə əvvəl komaya düşən 1989-cu il təvəllüdlü Qəribov Nəriman bu gün dünyasını dəyişib.

Onun komaya düşməsinə isə öz evinin hamamında yıxılan zaman başının yerə dəyməsi olub.

Yaxınlarının verdiyi məlumata görə, Nəriman hadisədən əvvəl Türkiyədə müalicə olunurmuş.

Həmin vaxt evlərinə oğru girib və ailəsi bunu Nərimanın səhhətinə görə ondan gizlədib. Bakıya qayıdanda isə o, hadisəni öyrənib, elə həmin gün də hamamda olarkən yıxılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO