Ucarda 69 yaşlı peyvənd olan xəstə komaya düşdü

Ucarda 69 yaşlı peyvənd olan xəstə komaya düşdü

Hazırda oxunan: Ucarda 69 yaşlı peyvənd olan xəstə komaya düşdü

12388

Ucar rayonunda fevralın 13-ü peyvənd olan 1951-ci il təvəllüdlü Vaqif Səməndərov bu gün ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Xəstənin oğlu Elşad Səməndərov Bizim.Media-ya açıqlamasında bildirib ki, atası peyvənd olunduqdan sonra halı yavaş-yavaş pisləşməyə başlayıb.

O, atasının əvvəl qan təzyiqinin yüksəlməyə başladığını, tədricən isə vəziyyətinin ağırlaşdığını deyib.

“Bu gün isə səhər ayaq üstə olduğu zaman yerə yıxıldı, ayaqları tutulduğu üçün tarazlığını saxlaya bilmədi.

Təcili olaraq onu Ucar rayon mərkəzi xəstəxanasına çatdırdıq, lakin heç bir həkim ona yaxın durmaq istəmədi.  

Baxmayaraq ki, atam kritik vəziyyətdədir, xəstəxanın baş həkimin müavini Tacəddin Qafarov mənə deyir ki, xəstəyə ancaq saat 19.00-dan sonra baxa bilərəm. Atamı gətirəndə danışa bilirdi, indi nitq qabiliyyətini də itirib, bizi eşitmir”,- deyə o, qeyd edib.

Sonda o, bildirib ki, hazırda atasının vəziyyəti kritikdir.

“Əlim hər yerdən üzüləndən sonra mən Ramal həkimə zəng vurdum, sağ olsun o, təcili xəstəxanaya gəldi. O gələndən sonra atamı reanimasiyaya apardılar. Hazırda həkimlərdən xəbər gözləyirəm. Əgər mənim atama nəsə olsa, bilin ki, onun ölümündə günahkar xəstəxananın baş həkimi Zeynal Bayramlı və onun müavini Tacəddin Qafarovdur”.

Məsələ ilə bağlı xəstəxananın baş həkimi Zeynal Bayramlı ilə əlaqə saxlamağa çalışdıq. Onun telefonu bağlı olduğu üçün əlaqəmiz alınmadı. 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) mətbuat katibi Elnarə Baxışlı Bizim.Media-ya açıqlamasında bildirib ki, hazırda məsələ araşdırılır, yaxın vaxt ərzində bu haqda məlumat veriləcək.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO