Goranboyda BIÇAQLANMA – Saxlanılan var 

Goranboyda BIÇAQLANMA – Saxlanılan var 

Hazırda oxunan: Goranboyda BIÇAQLANMA – Saxlanılan var 

122750

Goranboy rayonunda Meşəli kənd sakini Arzu Məhərrəmova kəsici alətlə xəsarətlər yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb. 

Bu barədə Bizim.Media-ya DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verilib. 

O bildirib ki, Goranboy Rayon Polis Şöbəsinə rayonun Meşəli kənd sakini Arzu Məhərrəmovun bıçaqla müxtəlif bədən xəsarətləri alması və rayon xəstəxanasına yerləşdirilməsi barədə məlumat daxil olub:

“Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində A.Məhərrəmovu yaralamaqda şübhəli bilinən rayonun Qaraçinar kənd sakini, 1999-cu il təvəllüdlü Elşad İsmayılov saxlanılb. Faktla bağlı araşdırmalar davam etdirilir” - deyə DİN rəsmisi əlavə edib.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO