Göyçayda güclü yanğın - 17 baş heyvan YANDI

Göyçayda güclü yanğın - 17 baş heyvan YANDI

Hazırda oxunan: Göyçayda güclü yanğın - 17 baş heyvan YANDI

122726

Göyçay rayonunda yanğın hadisəsi baş verib. 

Bizim.Media-nın Aran bürosunun məlumatına görə, hadisə bu gün səhər saat 7:30 radələrində rayonun Şahsoltanlı kəndində qeydə alınıb. 

Kənd sakini Kərmov Laçın Məzlum oğluna məxsus ümumi sahəsi 96 kvadratmetr olan mal-qara tövləsində baş verən yanğının söndürülməsi üçün əraziyə Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin iki avtomobili və canlı qüvvəsi cəlb olunub. 
Hadisə zamanı tövlə ilə yanaşı, içəridəki 7 baş inək, 10 baş qoyun, xeyli sayda ev quşu, 4 ton ot yanıb. Yanğının hansı səbəbdən baş verdiyi hələ ki, bilinmir. 

Faktla bağlı araşdırma aparılır.

Aqil Əsədov, Bizim.Media, Aran bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO