Son dövrlər vaxtım az olduğundan ürəyimdən keçən və rahatlığımı əlimdən alan bir çox mövzularla bağlı düşüncələrimi yaza bilmirəm. Bu gün bazar günü olduğundan istədim bir yazı yazım. Düzü, nə müddətdi çox dolmuşdum. Hər dəfə belə dolanda Ulularımıza, Böyüklərimizə müraciət edirəm. Bu dəfə də elə oldu. Mirzə Cəlilin dörd cilidliyindən birini əlimə götürdüm. Təsadüfdən üçüncü cild əlimə gəldi. Açan kimi başda Mirzənin 99 il bundan “əqdəm”x9d “Molla Nəsrəddin”x9d jurnalında çap olmuş “Azərbaycan”x9d məqaləsini gördüm. Az qala əzbər bilməyimə baxmayaraq bir daha oxudum. Yazmaq istədiyim yazı demək olar ki, düşüncəmdə hazır olsa da, baxdım ki, mən nə qədər açıq, nə qədər maraqlı və nə qədər sərt yazsam da Mirzənin yazdığının yanında cılız qalacaq.
Elə buna görə də yazmaqdan vaz keçib, “Ax, unudulmuş vətən, ax yazıq vətən”x9d deyə başladığı bu məqaləni sevgili soydaşlarımın və yurddaşlarımın ixtiyarına verməyi qərara aldım. Burda da bir əmma çıxdı ortaya ki, indi mən bu yazını oxucuların mühakiməsinə verərəkən görəsən ana dilimizi yaxşı bilməyən yaxud da bilsə belə, sevməyən məmurlarımız, deputatlarımız, diplomatlarımız oxuya biləcək ya yox, yaxud oxusa, başa düşəcəkmi?
xa0AZƏRBAYCAN
Cəlil Məmmədquluzadə
xa0Ax, unudulmuş vətən, ax yazıq vətən!
Dünyalar titrədi, aləmlər mayallaq aşdı, fələklər bir-birinə qarışdı, millətlər yuxudan oyanıb gözlərini açdılar və pərakəndə düşmüş qardaşlarını tapıb, dağılmış evlərini bina etməyə üz qoydular.
Bəs, sən hardasan, ay biçarə vətən?!
Dünya və aləm dəyişildi, mənalar özgə təbir əxz elədi, yəni bizim dilcə söyləsək, o şeylər ki, əsl mənalarını itirmişdi, qayıdıb əslini tapdı, inna lillahi və inna ileyhi raciun; amma buna hamı qail oldu ki, vətən, vətən, vətən, dil, dil, dil, millət, millət, millət!... Dəxi bu dairələrdən kənar bəni-noi-bəşər üçün nicat yolu yoxdur.
Bununla bərabər, yəni “bavücude inki”x9d hər söz danışıldı, mətləbə əl vuruldu, hamı pəhlivanlarımız öz hünərlərini çıxartdılar meydana və lakin bununla bərabər bu qədər var ki, bircə lazımlı söz ki, mənim zəndeyi-zəhləmi aparır-haman söz Azərbaycan vətənimin üstündədir.
Bəzi vaxt otururam və papağımı qabağıma qoyub fikirə gedirəm, xəyalata cumuram, özümdən soruşuram ki:
-Mənim anam kimdir?
-Özü-özümə də cavab verirəm ki:
-Mənim anam rəhmətlik Zöhrəbanu bacı idi.
-Dilim nə dildir?
-Azərbaycan dilidir.
-Yəni vətənim haradır?
-Azərbaycan vilayətidir.
Demək, çünki dilimin adı türk-Azərbaycan dilidir, belə məlum olur ki, vətənim də Azərbaycan vilayətidir.
-Haradır Azərbaycan?xa0
-Azərbaycanın çox hissəsi İrandadır ki, mərkəzi ibarət olsun Təbriz şəhərindən; qalan hissələri də Gilandan tutub, qədim Rusiya hökumətilə Osmanlı hökuməti daxillərindədir ki, bizim Qafqazın böyük parçası ilə Osmanlı Kürdüstanından və Bayaziddən ibarət olsun.xa0
Bilirsiniz, bu söhbət haradan yadıma düşdü? Bu söhbət oradan yadıma düşdü ki, keçən həftə Tiflisdə müsəlmanların milli komitəsində bir məsələyə baxılırdı ki, aya bizim bu məclisdə nə dil ilə gərək müzakirə olunsun. Biri dedi rusca, biri dedi osmanlıca, biri dedi ermənicə. Axırda belə qərar qoydular ki, türk dili müəllimlərinin və müəllimələrinin çoxusu türkcə danışmağı yaxşı bacarmır, bu səbəbdən bunlara izin verilsin ki, rusca danışsınlar. O ki qaldı rus darülfünunu oxuyub başa çıxan bəzi üzvlər - bunlara da izin verildi ki, rusca danışsınlar və həqiqətdə mən ki, gedib sümük sındırıb, illər ilə kafirlər içində əlimi murdar professorlara verə - verə elm oxumuşam, insafdırmı ki, bugünki gündə də oxuduğum elmi gizlədim və rusca danışmayım? Hərçənd məclisdə oturan əsnaflar və hətta axundlar rusca danışılan mətləbləri başa düşmürdülər-cənənnəmə düşmürdülər, gora düşmürdülər?
O ki, qaldı Bakı qurultaylarında olan səliqə,- bu barədə yaxşısı budur ki, heç danışmayım. Onsuz da düşmənimiz çoxdur, xəbərdar olar və gəlib baxıb və qurultaylarımızda olan nəzmü nizamı görüb bizə göz vurarlar; çünki nədənsə bizim bədxahların hamısı bədnəzərdir.
Ax, gözəl Azərbaycan vətənim! Harda qalmısan ?... Ay torpaq çörəyi yeyən təbrizli qardaşlarım, ay keçəpapaq xoylu, meşkinli, sərablı, goruslu və moruslu qardaşlarım, ay bitli marağalı, mərəndli, gülüstanlı quli-biyaban vətəndaşlarım, ey ərdəbilli, qalxanlı bəradərlərim! Gəlin, gəlin, gəlin mənə bir yol göstərin! Vallah ağlım çaşıb! Axır dünya və aləm dəyişildi, hər bir şey qayıdıb öz əslini tapdı, hər mətləbə əl vuruldu, gəlin biz də bir dəfə oturaq və keçə papaqlarımızı ortalığa qoyub bir fikirləşək - haradır bizim vətənimiz?!xa0
Gəlin, gəlin, ey unudulmuş vətənin cırıq-mırıq qardaşları! Gəlin görək beşikdə yad millətlərin südünü əmmiş, vətənimizdən yadırğamış və millətimizin ruhundan xəbərsiz bir para millət başçılarmız sizə nə gün ağlayacaqlar?!xa0
Niyə sakitsiniz, ey mənim lüt-üryan vətən qardaşlarım?!
Bünyamin Qəmbərli xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0





























































































